“Keşlə”nin Avroliqada mərhələ adlamasını Allah da istəmədi

19 İyul 2018 22:58 Avropa Liqası 662
“Keşlə”nin Avroliqada mərhələ adlamasını Allah da istəmədi

Bu gün Avropa Liqasında 1-ci təsnifat mərhələsinin cavab oyunları keçirilib.

Sportinfo.az xəbər verir ki, Azərbaycanı bu turnirdə təmsil edən “Keşlə” də növbəti matçına çıxıb.

Maltanın “Baltsan” klubu ilə mübarizə aparan paytaxt təmsilçisi səfərdə 1:4 hesabıyla uduzduğu rəqibdən həmin məğlubiyyətin qisasını almağa ümid edirdi.

Lakin Yuri Maksimovun istefasından sonra müvəqqəti olaraq Zaur İsmayılova həvalə edilən komandamızın çətin vəzifənin öhdəsindən gəlməsi ehtimalı çox az idi.

Paytaxt klubu dönüş yaratmaq üçün əlindən gələni edib. Amma qələbə qazanmasına rəğmən, iki oyunun nəticəsinə görə mübarizəni dayandıran tərəf "Keşlə" olub.

"Keşlə" - "Baltsan" 2:1

Qollar: S.M.Kolli, 11-pen. S.Alxasov, 90+1 - A.Maydevaç, 90+6.
Qırmızı vərəqə: A.Maydevaç, 90+7.
İlk oyun: 1:4
Hakimlər: Mixail Vilkov, Aleksey Vorontsov, Vladimir Mineviç, Aleksey Suxoy (hamısı Rusiya).
Bakı. “Dalğa Arena”.

Keşlə: 1. Kamran Ağayev (k), 2. Sərtan Taşqın, 3. Denis Silva, 4. Slavik Alxasov, 8. Miloş Bosançiç, 10. Sezar Meza Kolli, 11. Bahodir Nasimov, 14. Andre Klennon, 27. Adrian Skarlatake, 33. Tərlan Quliyev, 90. Ebrima Sohna.
Ehtiyat oyunçular: 15. Orxan Sadıqlı, Vaqif Cavadov, 9. Amil Yunanov, 19. Azər Salahlı, 21. Herve Tçami, 24. Fuad Bayramov, 88. Məmməd Quliyev.
Məşqçi: Zaur İsmayılov.
Baltsan: 83. Stiv Sultana, 8. Nenad Sliviç, 11. Stiv Betsina (k), 15. Maykl Conson, 17. Alfred Effionq, 18. Uros Lyubomiraç, 20. İvan Bozoviç, 23. Elkin Serrano, 30. Kadu, 86. Boyan Kalyeviç, 99. Miloş Lepoviç.
Ehtiyat oyunçular: 1. Sin Montoff, 4. Castin Qrioli, 9. Lekao, 10. Sirac Arab, 14. Harri Askroft, 50. Andrey Maydevaç, 88. Sin Kipriot.
Baş məşqçi: Marko Miçoviç.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti