“Komandamızın bu mərhələni adlayacağına inanıram“.
Sportinfo.az xəbər verir ki, “Uypeşt”in veteran futbolçusu Veber Gyorgi Avropa Liqasının I təsnifat mərhələsində “Neftçi” ilə bu gün keçiriləcək oyunu dəyərləndirib.
49 yaşlı məşqçi hələ Bakıdakı qarşılaşmadan əvvəl ev oyunu ilə bağlı proqnoz verdiyini bildirib: “İlk görüşün nəticəsindən asılı olmayaraq, əvvəldən “Uypeşt”in evdə 2:0 hesabı ilə qalib gələcəyini proqnozlaşdırmışam.
Əsas diqqəti stabilliyə və müdafiədə möhkəm oyuna yönəltmək lazımdı. Çünki buraxılan qolun sığortası artıq mümkün olmayacaq. Məqsədsiz şəkildə hücuma çıxmaq olmaz və qonaq komandaya ön xətdə təzyiq etmək şərtdi”.

