Uypeşt”in inkişaf sürəti ürəyimcədi. Bu gün öz meydanımızda oynamağın faydasını görməli, bu üstünlükdən yararlanmalıyıq”.
Sportinfo.az xəbər verir ki,, bunu “Uypeşt”in əfsanəvi futbolçusu Dunai Antal deyib.
75 yaşlı mütəxəssis klubun saytına açıqlamasında Avropa Liqasının I təsnifat mərhələsində “Neftçi” ilə bu gün keçiriləcək oyunu dəyərləndirib. 1965-1976-cı illərdə Budapeşt təmsilçisinin formasını geyinən Antal indidən “Sevilya” ilə matçın xəyallarını qurur:
“Uğurun açarı sürətli hədəfdi. İlk növbədə orta sahəni ələ keçirmək lazımdı. “Neftçi”ni sürətdə qabaqlamaq çox önəmlidi.
Biz böyük savaşlara adət etmişik. Bu üzdən ümid edirəm ki, “Uypeşt”in “Sevilya” ilə matçını İspaniyada izləyəcəm. Uşaqlara inamım böyükdü”.

