"Proqres" - "Qəbələ": CANLI

19 İyul 2018 21:24 Avropa Liqası 1 552
"Proqres" - "Qəbələ": CANLI

Bu gün Avropa Liqasında 1-ci təsnifat mərhələsinin cavab oyunları keçirilir.

Sportinfo.az xəbər verir ki, Azərbaycanı bu turnirdə təmsil edən “Qəbələ” də növbəti matçına çıxacaq.

Lüksemburqun “Proqres” klubu ilə mübarizə aparan paytaxt təmsilçisi ilk oyunda 0:2 hesabıyla uduzduğu rəqibdən həmin məğlubiyyətin qisasını almağa çalışacaq.

Lakin cavab matçı səfərdə keçiriləcəyindən, Sənan Qurbanovun çalışdırdığı kollektivin hədəfinə çatması çox çətin olacaq.

Bu cütün qalibi növbəti mərhələdə Macarıstanın “Honved” klubu ilə mübarizə aparacaq.

"Proqres" - "Qəbələ"

İlk oyun: 2:0
Hakimlər: Keyt Kennedi, Stefen Donaldson, Kristian Fransis Hanna, Evan Boys (hamısı Şimali İrlandiya).
Differdanj. Şəhər munisipal stadionu.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti