Bu gün Avropa Liqasında 1-ci təsnifat mərhələsinin cavab oyunları keçirilir.
Sportinfo.az xəbər verir ki, Azərbaycanı bu turnirdə təmsil edən “Keşlə” də növbəti matçına çıxacaq.
Maltanın “Baltsan” klubu ilə mübarizə aparan paytaxt təmsilçisi səfərdə 1:4 hesabıyla uduzduğu rəqibdən həmin məğlubiyyətin qisasını almağa çalışacaq.
Lakin Yuri Maksimovun istefasından sonra müvəqqəti olaraq Zaur İsmayılova həvalə edilən komandamızın çətin vəzifənin öhdəsindən gəlməsi ehtimalı çox azdı (http://www.myvideo.az/tv/cbcsport)..
Bu cütün qalibi növbəti mərhələdə “Milsami” (Moldova) - “Slovan” (Slovakiya) duelinin qalibi ilə mübarizə aparacaq
21:00. Keşlə - Baltsan
İlk oyun: 1:4
Hakimlər: Mixail Vilkov, Aleksey Vorontsov, Vladimir Mineviç, Aleksey Suxoy (hamısı Rusiya).
Bakı. “Dalğa Arena”.
Qeyd: Canlı yayımın açılması üçün görüntünü tam ekran rejiminə gətirin.

