"Neftçi"nin gözü dörd olsun, hesaba aldanmasın!

19 İyul 2018 18:12 Avropa Liqası 628
"Neftçi"nin gözü dörd olsun, hesaba aldanmasın!

Avroliqa iştirakçılarımızdan daha çox «Neftçi» ötənilki uğuru əldə etmiş məşqçi korpusunu yeniləmək qərarının doğru olduğunu isbat etmək üçün ilk ciddi addımını atmış oldu.

Hərçənd «Uypeşt»lə Bakıdakı matçın ilk hissəsi mövcud problemlərin tam həll olunmadığı göstərdi.

Ümid isə yeni sükançının - Roberto Bordinin yerlilərin, xüsusən də orta və ön xəttin oyunçularının faydalı iş əmsalını artırmağa nail olmasıydı.

Bunun nə qədər əsaslı bir dəyişiklik olduğun, yəni bir atımlıq barıt olmadığını qarşıdakı müddətdə görəcəyik. Çünki bizim futbolçulara ani parlaqlıq ulduzluq xəstəliyi gətirib, tez də sönmələrinə səbəb olur.

Hər halda «Neftçi» son dəqiqələrin də qolu ilə tarixinin yeni səhifəsini daha parlaq açmağa şans əldə edib. Hərçənd rəqibin də yolçuluq iztirablarını nəzərə alaq və onların doğma divarlar arasında böyük sürprizlərə qadir ola biləcəklərini unutmayaq. Çünki bir taktiki-texniki səhv komandamıza çox baha başa gələ bilər.

Bunun üçün qarşıakı matçda fəallıq ağıl oyunu ilə tənzimlənməlidi və «Qarabağ» kimi, «Neftçi» də bir qələbənin şişirdilmiş arxayınçılığına yol verməməlidi. Bunun üçün peşəkarlıq nümayiş etdirib, axşamkı mücadiləyə ciddi qiyafədə çıxmaq yetər.

“Uypeşt”in ümumi dəyəri 6 milyon 230 min avrodu. Maraqlıdı ki, Macarıstanın avrokuboklarda iştirak edən 4 klubu arasında ən aşağı göstərici məhz “Uypeşt”ə məxsusdu. Komandanın ən bahalı oyunçusu 450 min avro ilə hücumçu Soma Novotnıdı.

Macarıstanlı jurnalistlər “Neftçi”nin ümumi dəyərini isə 6,3 milyon avro göstərib. Bakılıların heyətində yarımmüdafiəçi Soni Mustivar və müdafiəçi Kiril Petrov (540 min avro) digərlərindən fərqləndirilib.

Bu, cütün favoritini müəyyənləşdirən araşdırma sayıla bilməz. «Uypeşt» təhlükəli rəqib olmasını Bakıda nümayiş etdirdi. Bu gün isə onlar doğma divarlar arxasında – Budapeştdə «Neftçi»yə dişini qıcayacaq.

Bakının isti-bürküsünün əldən saldığı macarlar kompakt oyuna üstünlük verəcək. Hava şəraiti və qapıçının buraxdığı səhvlər ucbatından ölkələrinə 1:3 hesablı məğlubiyyətlə dönən «Uypeşt» artıq revanş üçün səfərbər olub.

Oyunun ssenarisi bu cür inkişaf edəcək: «Neftçi» ilk dəqiqələrdən öz qapısına doğru çəkiləcək, ikiqat müdafiə bloqu quracaq, cinahlardan əks-hücumlara fursət arayacaq. Əslində, bu, Bordinin ən sevimli kartıdı. Axı o, italyandı və katenaççonun sirlərini hələ bələkdə ikən mənimsəyib.

ELNUR

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti