“Neftçi”nin Avropa Liqasının 2-ci təsnifat mərhələsində potensial rəqibi olan “Sevilya”nın futbolçusu Borxo Lasso açıqlama verib.
Sportinfo.az xəbər verir ki, ötən mövsümdə icarə əsasında “Osasuna”da çıxış edən 24 yaşlı yarımmüdafiəçi yenidən “Sevilya”dadı.
O, Avropa Liqasında mübarizəyə qoşulmağı səbirsizliklə gözlədiyini bildirib: “Avropa Liqasında mübarizəyə qoşulmağımızı səbirsizliklə gözləyirəm.
Ümid edirəm ki, baş məşqçimiz ilk avrokubok oyununda mənə şans verəcək. Mən də hər kəsə sübut edəcəm ki, “Sevilya”da oynamağa hazıram. Baş məşqçimizə özümüzü yaxşı tərəfdən göstərməliyik”.
“Sevilya”nın Avropa Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi “Neftçi” - “Uypeşt” cütünün qalibi olacaq. “Neftçi” Bakıdakı ilk oyunda “Uypeşt”in 3:1 hesabı ilə məğlub edib.

