"Neftçi" çox risk etməyəcək"

19 İyul 2018 14:48 Avropa Liqası 591
"Neftçi" çox risk etməyəcək"

"Bakıdakı oyuna əsasən biz doğma meydanda daha sabit oynamalı və özümüzü günahlandırmamalıyıq".

Sportinfo.az xəbər verir ki, bunu Macarıstan yığmasının və "Uypeşt"in sabiq futbolçu Zoltan Szlezak deyib.

51 yaşlı mütəxəssis Avropa Liqasının I təsnifat mərhələsində “Neftçi” ilə bu gün keçiriləcək oyun barədə danışıb:

"Biz Bakıda keçirilən oyuna əsasən doğma meydanda daha sabit oynamalı və özümüzü günahlandırmamalıyıq. İlk qarşılaşmanın əvvəllərində "Neftçi"yə qarşı çox yaxşı oynaya biləcəyimizi göstərdik.

Sonra isə səhvlər etdik. Lakin evdəki oyunda diqqət və intizam lazımdır. Minimum iki qol vurmalıyıq. Əminəm ki, Azərbaycan təmsilçisi çox risk etməyəcək. Əleyhimizə olan durumu yarıya endirmək yaxşı olardı"

Digər Xəbərlər
Xəbər Lenti
12 Oktyabr 18:10 Çək və bizə göndər!
12 Oktyabr 15:40 "Milan"ın 1 xalı - VİDEO