“Əlbəttə, çətin oyun olacaq.
Biz yenə də öz oyunumuzu göstərməli və layiqli mübarizə aparmalıyıq”.
Sportinfo.az xəbər verir ki, bunu "Neftçi"nin futbolçusu Emin Mahmudov səfərdə "Uypeşt"lə keçirəcəkləri Avropa Liqasının 1-ci təsnifat mərhələsinin cavab görüşündən öncə mətbuat konfransında deyib.
O bildirib ki, rahatlaşmaqdan söhbət gedə bilməz: "Motivasiya çatışmazlığı olmayacaq. Bu, Avropa Liqasının oyunudu. Səfərdə çıxış etmək nə qədər çətin olsa da, oyunumuzu sərgiləməliyik".
İyulun 19-da "Ferents Şuşa" stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 23:00-da başlanacaq. İlk görüşdə "Neftçi" qələbə qazanıb - 3:1.

