“Qəbələ” bu gün keçiriləcək Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyununda “Proqres” ilə qarşılaşacaq.
Sportinfo.az xəbər verir ki, dünən “Qəbələ”nin Lüksemburqda oyunöncəsi son məşqi baş tutub.
Komandamız oyunun keçiriləcəyi Differdanj şəhərinin “Munisipal“ stadionunda hazırlığını tamamlayıb. “Proqres” – “Qəbələ” görüşü Bakı vaxtı ilə saat 21:30-da başlayacaq.

