Bu gün Avropa Liqasının 1-ci təsnifat mərhələsində bir cavab oyunu keçirilib.
Sportinfo.az xəbər verir ki, Avroliqada günün yeganə qarşılaşmasında “Jelezniçar” doğma meydanda “Trans”la üz-üzə gəlib.
“Jelezniçar” səfərdə 2:0 hesabı ilə məğlub etdiyi rəqibi ilə müqayisədə növbəti mərhələyə daha yaxın idi. Bu komanda doğma meydanda da inamlı qələbə qazanmaqla adını növbəti mərhələyə yazdırıb.
Jelezniçar (Bosniya və Herseqovina) - Trans (Estoniya) 3:1
İlk oyun - 2:0

