"Neftçi" "Uypeşt"lə oyun üçün Macarıstana yola düşdü - FOTOLAR

18 İyul 2018 15:36 Avropa Liqası 549
"Neftçi" "Uypeşt"lə oyun üçün Macarıstana yola düşdü - FOTOLAR

Avropa Liqasının I təsnifat mərhələsinin cavab görüşündə "Uypeşt"in qonağı olacaq "Neftçi" Macarıstanın paytaxtı Budapeştə yollanıb.

Sportinfo.az xəbər verir ki, çarter reysi ilə uçan təyyarə saat 15:00-da Heydər Əliyev Beynəlxalq Hava Limanından yola düşüb.

Səfərə gedənlər arasında ilk görüşdə zədələnərək 1 ay müddətinə sıradan çıxan Namik Ələskərov da var. O, komandaya dəstək məqsədilə Budapeştə gedib.

Eyni zamanda AFFA Məşqçilər Komitəsinin üzvü Şakir Qəribov da uçuş iştirakçıları arasındadı. İyulun 19-da keçiriləcək "Uypeşt” – "Neftçi” oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. İlk görüşdə bakılılar 3:1 hesabı ilə qalib gəlib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti