“Qəbələ” "cırtdan" oylağında

18 İyul 2018 09:24 Avropa Liqası 514
“Qəbələ” "cırtdan" oylağında

Avropa Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində “Proqres”lə qarşılaşan “Qəbələ” Lüksemburqda ilk məşqinə çıxıb.

Sportinfo.az xəbər verir ki, iyulun 17-də səfərə yollanan “qırmızı-qaralar” səhər saatlarında Differdanj şəhərinə çatıb.

“Hilton” otelində məskunlaşan komandanın hazırlıq prosesi günün ikinci yarısına təsadüf edib. Sənan Qurbanovun baş məşqçisi olduğu komanda məşq prosesinə fiziki hazırlıqla başlayıb, ardınca toplu çalışmaları icra edib.

Bu gün “Qəbələ”nin oyunöncəsi son məşqi baş tutacaq. Hazırlıq prosesi Bakı vaxtı ilə saat 21:30-da başlayacaq. Komanda oyunun keçiriləcəyi Differdanj şəhər Munisipal stadionunda hazırlıq keçəcək.

İyulun 19-da baş tutacaq “Proqres” – “Qəbələ” görüşü Bakı vaxtı ilə saat 21:30-da başlayacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti