"Qəbələ"nin Avropa Liqasının II təsnifat mərhələsindəki potensial rəqibi müəyyənləşib.
Sportinfo,az xəbər verir ki, Macarıstan "Honved"i Makedoniyanın "Rabotniçki" klubunu iki oyunun nəticəsinə əsasən məğlub edərək növbəti mərhələyə vəsiqə qazanıb.
"Qəbələ" Lüksemburq "Proqres"ini üstələyəcəyi təqdirdə, Avroliqanın II təsnifat mərhələsində məhz Macarıstanın "Honved" komandası ilə üz-üzə gələcək.
"Qəbələ" Avropa Liqasının I mərhələsinin ilk oyununda evdə rəqibinə 0:2 hesabı ilə uduzub. "Qırmızı-qaralar"ın cavab oyunu iyulun 19-da Düdelanjda olacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 21:30-da başlanacaq.

