"Reyncers" uddu, “Levski” mərhələni keçə bilmədi - NƏTİCƏLƏR

18 İyul 2018 08:12 Avropa Liqası 548
"Reyncers" uddu, “Levski” mərhələni keçə bilmədi - NƏTİCƏLƏR

Avropa Liqasında 1-ci təsnifat mərhələsinin cavab oyunlarına start verilib.

Sportinfo.az xəbər verir ki, ilk oyun günündə 3 qarşılaşma baş tutub.

Bu oyunlardan sonra ÇL-in 2-ci təsnifat mərhələsinə vəsiqə qazanan ilk kollektivlərin adına aydınlıq gəlib. Lixtenşteynin "Vaduts", Şotlandiyanın "Reyncers" və Macarıstanın "Honved" klubları növbəti mərhələyə yüksəliblər.

İlk mərhələnin qalan oyunları iyulun 18 və 19-da keçiriləcək. Azərbaycan təmsilçilərinin - “Qəbələ”, “Keşlə” və “Neftçi”nin də cavab oyunları ayın 19-da baş tutacaq.

“Levski” (Bolqarıstan) - “Vaduts” (Lixtenşteyn) - 3:2

Qollar: Bus, 35, Belaid, 53, Kabral, 85 - Kulibali, 25, Tadiç, 55

İlk oyun - 0:1

“Şkupi” (Makedoniya) - “Reyncers” (Şotlandiya) - 0:0

İlk oyun - 0:2

“Honved” (Macarıstan) - “Rabotniçki” (Makedoniya) - 4:0

Qollar: Holender, 6, 16, Danilo, 63 (pen.), 84

İlk oyun - 1:2

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti