Avropa Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində Bakıda Malta “Baltsan”ı ilə cavab matçında üz-üzə gələcək “Keşlə”nin mətbuat konfransının başlama saatında dəyişiklik edilib.
Komanda.az xəbər verir ki, “Dalğa Arena”da baş tutacaq mətbuat konfransı öncədən xəbər verildiyi kimi, bu gün 19:30-da yox, 18:30-da start götürəcək.
Yuri Maksimovun istefasından sonra baş məşqçinin səlahiyyətlərini müvəqqəti icra edən Zaur İsmayılov jurnalistlərin suallarını cavabladıqdan sonra isə komandanın ilk 15 dəqiqəsi açıq olan məşqi başlayacaq.
“Keşlə” - “Baltsan” oyunu iyulun 19-da keçiriləcək. Bu komandalar arasında Maltada baş tutan ilk qarşılaşmada “Baltsan” 4:1 hesablı qələbə qazanıb.

