Zaur İsmayılovun jurnalistlərlə görüşünün vaxtı açıqlandı

17 İyul 2018 17:48 Avropa Liqası 491
Zaur İsmayılovun jurnalistlərlə görüşünün vaxtı açıqlandı

Avropa Liqasının 1-ci təsnifat mərhələsində “Baltsan”ı (Malta) qəbul edəcək “Keşlə”nin mətbuat konfransının və son məşqinin vaxtı müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, mətbuat konfransı və məşq oyunun keçiriləcəyi “Dalğa Arena”da baş tutacaq.

Sabah 19:30-da baş məşqçinin səlahiyyətlərini icra edən Zaur İsmayılov jurnalistlərin qarşısına çıxacaq. Yarım saat sonra isə komandanın ilk 15 dəqiqəsi açıq olan məşqi başlayacaq.

“Keşlə” - “Baltsan” oyunu iyulun 19-da keçiriləcək. Bu komandalar arasında Maltada baş tutan ilk qarşılaşmada “Baltsan” 4:1 hesablı qələbə qazanıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti