"Qəbələdəki qələbə keçmişdə qaldı.
Bu gözəl və layiqli qələbə idi, ancaq irəliyə baxmaq lazımdı".
Sportinfo.az xəbər verir ki, bu sözləri Avropa Liqasının I təsnifat mərhələsində "Qəbələ"nin rəqibi olan "Proqres"in prezidenti Fabio Maroki deyib.
Lüksemburq klubunun prezidenti "Qəbələ"dən ehtiyatlandıqlarını bildirib: "Qələbə qazansaq da, arxayınlaşmamalıyıq.
Rəqib Lüksemburda daha yaxşı oyun sərgiləyə bilər. Çünki "Qəbələ" möhkəm və Avropa təcrübəsi olan komandadır. Mərhələ keçmək üçün evdə daha yaxşı oyun sərgiləməliyik".
Qəbələdə baş tutan oyunda Lüksemburq klubu qələbəyə (0:2) sevinib. Tərəflər arasındakı cavab matçı iyulun 19-da keçiriləcək.

