Axundov futbolçularına "dişinin dibindən çıxanı" dedi: "QORXAQLAR!"

16 İyul 2018 14:00 Avropa Liqası 1 304
Axundov futbolçularına "dişinin dibindən çıxanı" dedi: "QORXAQLAR!"

"Keşlə" Avropa Liqasına məğlubiyyətlə başladı.

Komanda I təsnifat mərhələsində ilk görüşdəcə uduzaraq, növbəti mərhələ şanslarını çətinləşdirdi.

Ölkə kubokunun sahibi Maltada "Baltsan"la qarşılaşmada darmadağın oldu - 1:4. Hesabı 12-ci dəqiqədə Alfred Effionq açıb. 21-ci dəqiqədə Leklao fərqi artırıb.

29-cu dəqiqədə Sezar Meza Kolli penaltidən fərqi azaltsa da, 34-cü dəqiqədə Boyan Kalyeviç "Baltsan"ın üçüncü qolunu vurub. Oyunda son nöqtəni isə 55-ci dəqiqədə Kadu qoyub.

Cavab görüşü bu həftə Bakıda keçiriləcək. Müşahidə Şurasının sədri Zaur Axundov komandasından revanş tələb edib. O, futbolçulara mükafat vəd etməklə yanaşı, hədə-qorxu gəlməyi də «yaddan çıxarmayıb».

Özündənrazılığı və daim kobud hərəkətləriylə ad çıxaran, futbol ictimaiyyəti tərəfindən sevilməyən Axundov oyunçuları qorxaqlıqda suçlayıb:

Maltadakı matçdan sonra paltardəyişmə otağına daxil olan sədr gözünü yumub, ağzını açıb: «Göstərdiyiniz futboldan qətiyyən xoşum gəlmədi. Qorxaq oynadız.

«Baltsan» güclü deyil, amma siz onlardan da zəif təsir bağışladı. Bu, nədi? Biz kuboku qazandıq ki, gəlib burda biabır olaq?

Mən bununla razılaşa bilmərəm. Mərhələni keçməliyik. Sizdən tələbim budu. Yaxşı mükafat qoymuşam. Mərhələni keçməsək, deməli, heç biriniz bu mükafata layiq deyilsiz.

Bakıda belə oynasaq, hamı bizi tənqid edəcək. Günah özümüzdədi. Rəqibi çox aşağıda gördük. Mərhələni keçməsək, sərt tədbirlər görəcəm. Başınızı aşağı salmayın, cavab oyununa bundan qat-qat artıq hazırlaşmaq lazımdı».

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti