"3:1 hesabı hələ “Neftçi”nin turu keçməsi demək deyil"

16 İyul 2018 11:00 Avropa Liqası 652
"3:1 hesabı hələ “Neftçi”nin turu keçməsi demək deyil"

“Neftçi” ilə “Uypeşt” arasındakı oyunu izlədim.

Amma rəqibimizin kimliyini bilmək üçün ikinci matçı gözləmək lazımdı”.

Sportinfo.az xəbər verir ki, bu sözləri “Sevilya”nın baş məşqçisi Pablo Maçin deyib.

Komadasının “Bornmut”la hazırlıq matçından sonra ispan jurnalistlərə açıqlama verən Maçin Avropa Liqasındakı mümkün rəqibləri haqqında danışıb:

“Qarşılaşmanın nəticəsi bizim üçün çox vacibdi. Çünki kimlə oynayacağımız bilsək, hazırlıq planımızı ona uyğun quracağıq. Oyuna baxdım, çox isti və nəm hava şəraitində, ağır templi görüş oldu.

3:1 hesablı qələbə hələ “Neftçi”nin turu keçməsi demək deyil. Hər iki komandanın çox yaxşı oyunçuları var. Mərhələ adlamaq üçün mümkün olan hər şeyi etməliyik. Bizim üçün əsas məsələ budur”.

İlk oyunda doğma meydanda “Uypeşt”ə 3:1 hesabı ilə qalib gələn “Neftçi” ikinci matçını iyulun 19-da səfərdə keçirəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti