İyulun 12-də Avropa Liqasının 1-ci təsnifat mərhələsinin ilk oyununda “Uypeşt”i 3:1 hesabı ilə məğlub edən “Neftçi” bir günlük fasilədən sonra cavab matçının hazırlığına start verib.
Sportinfo.az xəbər verir ki, paytaxt klubu öz bazasında axşam məşqinə çıxıb.
Məşqdə zədəli Namiq Ələsgərovdan başqa bütün futbolçular iştirak ediblər. Hazırlıq sabah axşam məşqi ilə davam edəcək.
“Uypeşt” - “Neftçi” oyunu iyulun 19-da Budapeştdəki "Ferens Susa” stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

