"Neftçi" futbolumuzu "cümə axşamı"ndan xilas etdi.
Halbuki matç arzuolunmaz məcrada başlamışdı.
Ruslan Abışovun adi vəziyyətdə mövqe səhviylə hesabda geri düşdük. Məğlub durumda 3 qol vurub qalib gəlmək xarakter tələb edir. Bu "Neftçi"yə yalnız alqış düşür.
Dabo matçın qəhrəmanıdı. Hücumçu belə olar.
Emin Mahmudov oyuna əla qoşuldu. Yaxşı futbolunu qolla bəzədi.
Dario əksər vaxt fərdi oyuna aludə olur. Komanda futbolçusuna çevrilsə, faydalı olacaq.
Azarkeşlər də möhtəşəm idi!
Flaqmanımızın "Sevilya"ya rəqib olması 80 faiz həll olundu.
"Qəbələ" və "Keşlə" hamını məyus etdi.
"Keşlə"nin oyunu görmədiyimdən, nəsə deyə bilmirəm. Püşk atılan kimi menecer dostum demişdi ki, "Baltsan" yaxşı komandadı. maltalıların serbiyalı idman direktoru Balkan ölkələrindən yaxşı legionerlər cəlb edib
Hansı ki, Azərbaycana 100 min dollardan aşağı gəlməzlər. Ümidimizi tam üzməyək, Bakıda az da olsa, şanşımız var.
Sənan Qurbanovun baş məşqçi kimi debütünün belə olmasını istəməzdim. Futbolda acınacaqlı məğlubiyyətlər olur.
Intuisiyam "Qəbələ"nin Lüksemburqda mərhələ keçəcəyini deyir. Buraxdığımız qollar öz səhvimizdən oldu. Gəlin, bir az səbrli olaq.
Ceyhun Rzayev

