Deyəsən, "Neftçi" qayıdır.
Yox, həqiqətən qayıdır.
Əvvəlki qədər əzəmətli olub-olmayacağını bilmirəm. Lakin yaxşılığa doğru dəyişdiyini görürəm. İkinci mərhələdə "Sevilya"nı Bakıya gətirməklə həm özünü, həm futbolumuzu yaxşı mənada reklam edə bilər.
Avroliqada necə olacağını təxmin etmək çətin olsa da, milli çempionatda "Qəbələ"nin yerini tutmağa namizəd sayılır.
Dabonun transferiylə həm də Qəbələ təmsilçisinə zərbə vuruldu. "Qəbələ"nin Qəbələdəki məğlubiyyəti dünyanın axırı deyil. Səfərdə revanş almaqla azarkeşlərin sevgisini qaytarmaq olar.
O ki qaldı "Keşlə"yə, növbəti dəfə ölkə çempionatının vəziyyətini göstərir. Ölkə kubokunun qalibi Malta təmsilçisiylə bacarmadığı halda, biz çempiondan hər il Çempionar Liqasına vəsiqə qazanmaq və qrupdan çıxmağı tələb edirik.
Son nəticələr bizi çox həyəcanlandırdı... Özü də lap çox...
ÇL böyük reklamdı. Sadəcə, bizə o reklamdan çox lazımdı.
"Qarabağ"ın Çempionlar Liqasında qrupa düşməsi Yay Olimpiya Oyunlarında qazanılan qızıl medalla müqayisə oluna bilər..
Sənan Şəfizadə

