2018-19 mövsümündə Avrokubok mübarizəsinə ən son qoşulan Azərbaycan klubu “Neftçi” olub.
Sportinfo.az xəbər verir ki, “ağ-qaralar” Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində digər təmsilçilərimizdən 1 saat gec meydana çıxıb.
Bakılılar “Dalğa Arena”da “Uypeşt”lə üz-üzə gəlib. Macarıstan təmsilçisi ilə görüş “Neftçi”də baş məşqçi debütü ilə yadda qalıb. Belə ki, matç Roberto Bordinin bu postda “siftə”si olub.
Yay fasiləsində heyətində ciddi dəyişikliklər edən “Neftçi” səfər öncəsi sərfəli nəticə əldə etməyi bacarıb. Halbuki hesabı qonaqlar açıb. Bununla belə, bakılılar bunun əvəzini 3 topla çıxaraq, əzmkar qələbə qazanıb.

