"Qəbələ"nin kapitanı: "Əminəm ki, mərhələni adlayan tərəf biz olacağıq”

13 İyul 2018 13:24 Avropa Liqası 514
"Qəbələ"nin kapitanı: "Əminəm ki, mərhələni adlayan tərəf biz olacağıq”

“Birinci oyunumuz idi, yeni komandayıq.

Rəqib elə komanda deyil ki, səfərdə onlara 3 qol vura bilməyək”.

Sportinfo.az xəbər verir ki, bu sözləri “Qəbələ”nin yarımmüdafiəçisi Asif Məmmədov deyib.

“Qırmızı-qaralar” Avropa Liqasının I təsnifat mərhələsində evdə “Proqres”ə 0:2 hesabı ilə məğlub olub. Qarşılaşmadan sonra fikirlərini bildirən futbolçu buna baxmayaraq, ümidini itirmir.

Komandanı meydana kapitan kimi çıxaran Məmmədov səfərdə 4 qol vuracaqlarına inanır:

“Bu oyun heç nə göstərməyə bilər. Rəqibi də yaxşı tanımırdıq. Kobud səhvlərdən qol buraxdıq. Fərqlənmək imkanlarımız oldu, yararlana bilmədik.

Onu deyə bilərəm ki, bu rəqibə səfərdə 4 qol vura bilərik. Onlar burda 2 qol vurdularsa, niyə də səfərdə onları 4 dəfə mərkəzə dəvət etməyək? Əminəm ki, mərhələni adlayan tərəf biz olacağıq”.

32 yaşlı orta sahə oyunçusu əsas kapitanı Cavid Hüseynovun yoxluğuna da toxunub:

“Heyətimiz elədi ki, hər bir oyunçunun yoxluğu təsir edir. Çünki ehtiyat qüvvə elə də geniş deyil. Cavidin də yoxluğu bu gün öz mənfi təsirini göstərdi”.

Digər Xəbərlər
Xəbər Lenti