"Neftçi" Namiqi yoxlatdırdı - sol dizdə ön çarpaz bağın gərilməsi və hissəvi qopma

13 İyul 2018 16:24 Avropa Liqası 634
"Neftçi" Namiqi yoxlatdırdı - sol dizdə ön çarpaz bağın gərilməsi və hissəvi qopma

Avropa Liqasının I təsnifat mərhələsində Macarıstanın "Uypeşt”i ilə ilk oyunun birinci hissəsində zədələndiyi üçün əvəzlənən Namik Ələskərovun vəziyyətinə aydınlıq gəlib.

Sportinfo.az klubun rəsmi saytına istinadən xəbər verir ki, bu gün keçirilən tibbi baxışdan sonra 23 yaşlı yarımmüdafiəçinin sol dizində ön çarpaz bağın gərildiyi və hissəvi qopma olduğu müəyyənləşib.

İyulun 14-də futbolçunun dizi növbəti dəfə müayinə olunacaq. Yalnız bundan sonra onun müalicəsinin nə qədər müddət çəkəcəyi müəyyənləşəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti