Azərbaycanlı hakim-inspektor Avroliqa oyununa təyinat aldı

13 İyul 2018 16:00 Avropa Liqası 542
Azərbaycanlı hakim-inspektor Avroliqa oyununa təyinat aldı

Azərbaycanlı FİFA hakim-inspektoru Asim Xudiyev növbəti təyinat alıb.

Sportinfo.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, veteran futbolçu Avropa Liqasında I təsnifat mərhələsinin “Jalgiris” (Litva) – “Kİ Klaksvik” (Farer adaları) oyununda iş başında olacaq.

Görüş iyulun 19-da Vilnüsdə Litva Futbol Federasiyasının stadionunda keçiriləcək. Bu komandalar arasındakı ilk görüşdə "Jalgiris" qalib gəlib - 2:1.

Digər Xəbərlər
Xəbər Lenti
12 Oktyabr 18:10 Çək və bizə göndər!
12 Oktyabr 15:40 "Milan"ın 1 xalı - VİDEO