Gözəl və layiqli qələbə oldu.
Dabo kimi qolçu ilə "Neftçi" bu il çempionluğa oynamalıdı.
Amma bu oyunun qəhrəmanı, mənə görə, Dabo deyil, meydanda olduğu müddətdə rəqib müdafiəsini daim gərginlikdə saxlayan Emin Mahmudovdu.
Emin "Neftçi"nin lideridi, millinin də lideri olacaq! Namiq Ələsgərovu da çox bəyəndim. Zədəsi ciddi olmasa, Macarıstandakı oyunun qəhrəmanı da o ola bilər.
Namiq son dövrlərdə ən pik formasına çatmış təsiri bağışladı. Allah köməyi olsun! «Sevilya»nın başını ağrıdar, eybi yox. "Neftçi"ni sevən hər kəsi təbrik edirəm!
"Qəbələ" və "Keşlə"yə indidən ağ bayraq qaldırmaq tezdi. Bu rəqiblər keçilməlidi! Xüsusən, heyətində kifayət qədər səviyyəli oyunçular olan "Qəbələ"yə ümidim böyükdu. İnanaq ki, hər iki komandamız cavab oyununda ən azı 3 qol vurub işin öhdəsindən gələcək
Bezotosnı, Stankoviç, Monroz, Təmkin, Rauf - hər biri cütün taleyini tək həll edəcək potensialdadı. Dimanı bu komandayla səfər oyununda hücuma buraxsalar het trik edər.
Lüksemburqlulardı e, bu 5 oyunçunun rəqibi! Hələ millinin üzvlərini demirəm. Lilay da əladı. «Qəbələ» mərhələni keçəcək, orda inamlı oynasa.
Burda çox boş oynadılar, sanki birayaqla darmadağın edəcəklər.
Anar Şabanoğlu

