“Keşlə” Avrop Liqasının I təsnifat mərhələsində ilk oyununa çıxacaq.
Sportinfo.az xəbər verir ki, Yuri Maksimovun rəhbərlik etdiyi komanda Maltada “Baltsan”ın qonağı olacaq.
Bu, paytaxt təmsilçisinin “Keşlə” adı altında ilk avrokubok matçıdır. Eyni zamanda baş məşqçi Yuri Maksimov da “Keşlə” ilə avrokubok oyununda debüt edəcək.
Qarşılaşmanı bu link vasitəsilə izləmək mümkündü: http://www.laola1.tv/de-cis/livestream/balzan-fc-fk-kesla-lde
20:00. “Baltsan” (Malta) – “Keşlə” (Azərbaycan)
Hakimlər: Volen Çinkov, Georgi Doynov, Deniz Sokolov, Draqomir Draqanov (hamısı Bolqarıstan)
Ta Qali. "Sentenari" stadion

