“Reyncers”lə “Qəbələ” arasında fərq görmürük”

12 İyul 2018 19:00 Avropa Liqası 486
“Reyncers”lə “Qəbələ” arasında fərq görmürük”

“Reyncers” imic olaraq daha tanınımış olsa da, “Qəbələ” son 3 ildə 2 dəfə Avropa Liqasının qrupunda oynayıb”.

Sportinfo.az xəbər verir ki, bu sözləri “Proqres”in futbolçusu Mətin Karayer deyib.

Lüksemburq təmsilçisi Avropa Liqasının I təsnifat mərhələsində bu gün “Qəbələ”nin qonağı olacaq. 26 yaşlı müdafiəçi hədəflərinin mərhələ keçmək olduğunu söyləyib.

O, eyni zamanda “Qəbələ” ilə ötən mövsüm mübarizədən kənarlaşdırdıqları “Reyncers”i müqayisə edib: “Reyncers”lə “Qəbələ” arasında bir fərq görmürük. Bunun üçün də ötən il olduğu kimi, yenə əlimizdən gələni edəcəyik”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti