«Neftçi» bu gün yeni mövsümün açılışını edəcək.
Premyer Liqanın bürünc medalçısı Avropa Liqasının I əsnifat mərhələsinin ilk oyunları çərçivəsində «Uypeşt»i qəbul edəcək.
Klub rəhbərliyi futbolçulardan qələbə gözləyir. Macarıstan təmsilçisi güclü olsa da, hər halda cütün favoriti yenə bizimkilərdi.
Əhval-ruhiyyəni daha da qaldırmaq məqsədi güdən «ağ-qaralar» maraqlı addım atıb. Komanda üzvləri şəhərin tanınmış restoranlarından birinə aparılıb və ziyafət verilib (Sportinfo.az).

