"Neftçi" yolunda yorğun və əldən düşmüş macarlar - FOTOLAR

12 İyul 2018 13:24 Avropa Liqası 666
"Neftçi" yolunda yorğun və əldən düşmüş macarlar - FOTOLAR

Avropa Liqasının I təsnifat mərhələsinin “Neftçi” ilə ilk oyunu üçün Bakıya gələn "Uypeşt" ciddi problemlə üzləşib.

Sportinfo.az xəbər verir ki, komandanın iki futbolçusuna Heydər Əliyev adına Beynəlxalq Hava Limanında viza verilməyib.

Bunlar malili yarımmüdafiəçi Diallo Alassan və nigeriyalı hücumçu Obinna Emmanuel Nvobododu. Hər iki oyunçu bu gün səhər saatlarında adi reyslə Macarıstana göndəriləcək. Belə olan halda “Uypeşt”in baş məşqçisi Neboyşa Vinyeviçin sərəncamında cəmi 17 futbolçu qalır.

“Uypeşt” Bakı səfəri zamanı başqa problemlə də üzləşib. Komandanı çarter reysi ilə gətirən 36 nəfərlik təyyarə yolda benzin doldurmaq üçün iki dəfə - Türkiyənin Bursa və Trabzon hava limnlarına eniş edib.

Məhz buna görə, Budapeştdən yerli vaxtla saat 9:30-da yola düşən təyyarə Bakıya saat 18:40-da çatıb. Ölkəmizə gec çatdığı üçün komandanın "Dalğa Arena"da nəzərdə tutulan məşqi də baş tutmayıb. Həmçinin, baş məşqçinin mətbuat konfransı ləğv olunub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti