"Proqres" Qəbələyə cəzalı futbolçusunu da gətirib - İKİ FOTO

12 İyul 2018 12:36 Avropa Liqası 582
"Proqres" Qəbələyə cəzalı futbolçusunu da gətirib - İKİ FOTO

“Proqres" Avropa Liqasının I təsnifat mərhələsində “Qəbələ”yə qarşı keçirəcəyi ilk oyun üçün Azərbaycana 22 futbolçu ilə səfər edib.

Sportinfo.az xəbər verir ki, Lüksemburq təmsilçisi Qəbələyə gəlmək üçün uzun yol qət etməli olub.

"Proqres"in üzvləri avtobusla Frankfurta, ordan isə təyyarə ilə Bakıya yola düşüb. Paytaxtdan avtobusla bölgəyə yollanan lüksemburqlular Vəndam kəndindəki "White Boutiqe Hotel"də məskunlaşıblar.

Dünən səhər saatlarında Bakıya çatan Niderkorn şəhər təmsilçisi erməni hücumçusu Aleksandr Karapetyanı Azərbaycana gətirməyib. Bundan başqa, Metin Karayer Qəbələyə gəlsə də, baş məşqçi Paolo Amodio onun xidmətindən yararlana bilməyəcək.

Türk əsilli fransalı müdafiəçi ötən mövsüm Avropa Liqasının II təsnifat mərhələsində Kiprin AEL komandasına 1:2 hesabı ilə uduzduqları səfər matçının 79-cu dəqiqəsində birbaşa qırmızı vərəqə alıb.

Rəqibi bilərəkdən vurduğu üçün 3 oyunluq cəzalanan 26 yaşlı oyunçu “Qəbələ” ilə cavab görüşündə də meydana çıxa bilməyəcək.

“Proqres”lə ilk oyun iyulun 12-də Qəbələ şəhər stadionunda keçiriləcək və saat 20:00-da start götürəcək. Cavab matçı isə iyulun 19-da Düdelanjda baş tutacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti