"Neftçi" ilə oyunda bütün çətinliklərin öhdəsindən gəlməliyik"

12 İyul 2018 11:36 Avropa Liqası 584
"Neftçi" ilə oyunda bütün çətinliklərin öhdəsindən gəlməliyik"

"Yol çox yorucu oldu, xeyli səfər etdik və yorulduq".

Sportinfo.az xəbər verir ki, "Uypeşt"in futbolçusu Daniel Nagi deyib.

Macarıstan klubu "Neftçi" ilə keçirəcəyi Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunu ilə əlaqədar Bakıya gəlib.

Yarımmüdafiəçi bütün çətinliklərə və yorğunluqlara rəğmən, bugünkü qarşılaşmada daha yaxşı çıxış etməyə çalışacaqlarını bildirib. O, Bakı barədə ilkin təəssüratlarının müsbət olduğunu da vurğulayıb:

"Bütün çətinliklərin öhdəsindən gəlməliyik. Ən yaxşı formanı yığmaq üçün mümkün olan hər şeyi edəcəyik.

İlkin təəssüratlarımız yaxşıdı. Bizi təmiz və gözəl ətraf mühit qarşıladı. Otel əladı. Elə bir yerdəyik ki, şərait bizə dincəlməyə və böyük günə hazırlaşmağa imkan verir".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti