Sportinfo.az xəbər verir ki, "Neftçi”nin kapitanı Ruslan Abışov Abropa Liqasının I təsnifat mərhələsində Macarıstan "Uypeşt”inə qarşı Bakıda keçirəcəkləri ilk oyundan əvvəl təşkil edilən mətbuat konfransında iştirak edib.
- Müəyyən aradan sora ilk oyunumuzu oynayacağıq. Həyəcan var. Yeni baş məşqçimiz var, təzə oyunçular gəlib. "Neftçi” azarkeşləri bizdən daha yaxşı oyun gözləyəcəklər. Yaxşı hazırlıq keçmişik. Zədəli oyunçumuz yoxdu. Meydana kim çıxsa, var gücü ilə kömək edəcək. Rəqibimizin Macarıstanın ən köklü klublarından biri olmasına baxmayaraq, yaxşı nəticə qazanmaq istəyirik. Hər bir futbolçu bu rəqibi keçib, "Sevilya” kimi komandaya qarşı oynamaq istəyər.
Komandanız yeni taktiki sxemdə oynayacaq. 4-3-3 düzülüşünə öyrəşə bilmisiniz?
- Sxem formal xarakter daşıyır. Əsas odur ki, komanda olaraq düzgün müdafiə olunub, yaxşı hücum quraq. Taktiki sxemin o qədər də fərqi yoxdu. Hər bir futbolçu 90 dəqiqə ərzində komandaya kömək etsə, heç bir problem olmayacaq.
Rəqibin üstünlüyü və əsas mənfi halları hansıdır?
- Baş məşqçi ilə danışmışıq, təhlilər gedib. Ancaq sirr olaraq qalsa, yaxşıdır. Bildiyim qədərilə danışdıqlarımız Macarıstan mətbuatında da çıxacaq.
"Uypeşt”i keçsəniz, "Sevilya” ilə qarşılaşacaqsınız. Bu, sizin motivasiyanızı azaltmır?
- İlk oyunlar həmişə çətin olur. İstəyirik ki, bu oyunda yaxşı komanda olduğumuzu göstərib, yaxşı oyun göstərək. Qismət olacaqsa, "Sevilya”ya qarşı oynayarıq. Bu, hər bir futbolçunun karyerasında mühüm hadisə olar.
Oyuna proqnozunuz necədir?
- Demək çətindi. Amma yaxşı nəticə qazanmaq istəyirik. Qol vurmaq istəyərdim. Fərqlənsəm, qələbə ilə birlikdə ikiqat sevinc olar.
Sportal.az xəbər verir ki,

