Avroliqada 1-ci mərhələsinin ilk oyununu qazaxlar uddu

11 İyul 2018 10:24 Avropa Liqası 497
Avroliqada 1-ci mərhələsinin ilk oyununu qazaxlar uddu

Avropa Liqasında 1-ci təsnifat mərhələsinə start verilib.

Sportinfo.az xəbər verir ki, ilk oyun günündə 1 qarşılaşma baş tutub.

Gürcüstanda yerli “Samtredia” klubu Qazaxıstanın “Tobol” komandası ilə üz-üzə gəlib. Qarşılaşmanın taleyini 1 qol həll edib. Qazaxlar səfərdə minimal hesabla üstün olublar.

Avroliqada 1-ci təsnifat mərhələsinin daha 6 oyunu iyulun 11-də, qalan bütün qarşılaşmalar isə ayın 12-də keçiriləcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti