"Neftçi"də işlər qaydasında, əhval-ruhiyyə yerindədi - FOTOLAR

11 İyul 2018 09:12 Avropa Liqası 653
"Neftçi"də işlər qaydasında, əhval-ruhiyyə yerindədi - FOTOLAR

Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində iyulun 12-si saat 21:00-da "Dalğa Arena”da Macarıstanın "Uypeşt” klubu qarşılaşacaq "Neftçi” çalışmalarını yekunlaşdırmaq üzrədi.

"Türk Hava Yolları"nın adı verilən Bakıxanov qəsəbə stadionunda hazırlığı bitirən paytaxt təmsilçisi dünən də "Dalğa Arena”da axşam məşqinə çıxıb.

Bütün futbolçuların iştirak etdiyi məşq texniki-taktiki hazırlığa həsr olunub.

Sportinfo.az xəbər verir ki, hazırlığa bu gün saat 20:00-da "Dalğa Arena”da keçiriləcək və ilk 15 dəqiqəsi media nümayəndələri üçün açıq olacaq məşqlə yekun vurulacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti