“Neftçi” Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində “Uypeşt”i qəbul edəcək.
Cütlüyün ilk oyunu iyulun 12-da “Dalğa Arena”da keçiriləcək və saat 21:00-da başlanacaq.
Premyer Liqamızın bürünc medalçısı turu keçmək və dünyaca məşhur “Sevilya“nı paytaxtımıza gətirmək əzmindədi.
Komandanın baş məşqçisi Roberto Bordinin bu haqda futbolçularına dediyi söz də çox maraqlıdı. İtaliyalı çalışdırıcı «Macarıstan klubu əlimizin içindədi. Biz onları başdan-ayağa öyrənmişik.
Şübhə eləmirəm ki, biz “Uypeşt”i keçəcəyik. Sizin də buna qətiyyən şübhəniz olmasın. Rəqibə ən azı 2 qol vurmalıyıq. Bakıda bunu etsək, səfərdə işimiz bir o qədər çətin olmayacaq.
Mən bunu rəhbərliyə də demişəm. Çünki görürəm ki, onlar bir qədər narahatdı. “Sevilya”nı Bakıya gətirməliyik.
Başa düşürsüz ki, bu, nə deməkdi? Həyatınızın ən göz anlarından biri. Bu, tarixi fürsətdi” söyləyib (Sportinfo.az).

