"Sevilya"lı: "Yaxın hədəfimiz Avroliqanın qrup mərhələsidi"

10 İyul 2018 11:00 Avropa Liqası 567
"Sevilya"lı: "Yaxın hədəfimiz Avroliqanın qrup mərhələsidi"

"Sevilya"nın Avropa Liqasındakı yaxın hədəfi qrup mərhələsinə yüksəlməkdən ibarətdi.

Sportinfo.az xəbər verir ki, bunu komandanın futbolçusu Serxio Eskudero deyib.

29 yaşlı müdafiəçi bildirib ki, bu yolda ilk maneə II təsnifat mərhələsini adlamaqdan ibarət olacaq. Rəqib isə I təsnifat mərhələsinin "Neftçi" - "Uypeşt" (Macarıstan) cütünün qalibi olacaq.

Eskudero bütün diqqətlərini iyulun 26-da "Ramon Sançes Pisxuan" stadionunda keçirəcəkləri ilk görüşə yönəltmələrinin gərəkliyini vurğulayıb:

"Baş məşqçimiz Pablo Maçinin prioriteti Avroliqanın təsnifat mərhələlərini adlamaqdan ibarətdir. Onun istəyini yerinə yetirməyə çalışmalıyıq. Hazırda yeganə hədəfimiz qrup mərhələsinə yüksəlməkdir".

"Neftçi" və "Uypeşt" komandaları arasındakı ilk oyun iyulun 12-də Bakıda, cavab görüşü iyulun 19-da Budapeştdə keçiriləcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti