Avropa Liqasının I təsnifat mərhələsində "Qəbələ" və Lüksemburqun "Proqres" komandaları arasında keçiriləcək ilk oyunun biletləri satışa çıxarılır.
Sportinfo.az-ın "qırmızı-qaralar"ın rəsmi saytına istinadən verdiyi məlumata görə, biletləri bu gün saat 17:00-dan etibarən Qəbələ şəhər stadionunun kassalarından almaq olar.
Qiymətlər sektorlardan asılı olaraq, 2 manat və 5 manat, VİP sektorlar üçün isə 30 manatdır. İyulun 12-də Qəbələ şəhər stadionunda keçiriləcək oyun saat 20:00-da başlayacaq.

