Bakı klubu vətənə qayıtmadı

9 İyul 2018 00:20 Avropa Liqası 629
Bakı klubu vətənə qayıtmadı

Azərbaycanı Avropa Liqasında təmsil edəcək “Keşlə” Türkiyədəki təlim-məşq toplanışını başa vurub.

Sportinfo.az xəbər verir ki, baş məşqçi Yuri Maksimovun yetirmələri gün ərzində yenə iki dəfə məşq edib.

Bu gün isə komanda İstanbula gedərək, oradan Maltaya yola düşəcək.“Keşlə” Avropa Liqasının 1-ci təsnifat mərhələsində Maltanın “Baltsan” komandası ilə qarşılaşacaq.

Oyun iyulun 12-də səfərdə keçiriləcək. Bu üzdən də Bakıya gəlməyə ehtiyac duymayan paytaxt klubu Türkiyədən birbaşa Maltaya yola düşəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti