"Keşlə"nin Avroliqa oyununun stadionu və başlama saatı dəyişdirildi

8 İyul 2018 17:14 Avropa Liqası 661
"Keşlə"nin Avroliqa oyununun stadionu və başlama saatı dəyişdirildi

"Keşlə"nin Maltada "Baltsan"la keçirəcəyi Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyununun stadionu və başlama saatı dəyişib.

Sportinfo.az xəbər verir ki, iyulun 12-də Ta Qali şəhərindəki "Centenary" stadionunda keçiriləcək görüşün start fiti Bakı vaxtı ilə saat 20:00-da çalınacaq.

Daha əvvəl "Baltsan" - "Keşlə" matçının Ta Qalidəki 17 min tamaşaçı tutumuna malik Milli Stadionda keçiriləcəyi açıqlanmışdı. Həmin arenanın yaxınlığında yerləşən süni örtüklü "Centenary" stadionu isə 3000 nəfərlikdir.

Azərbaycanın digər təmsilçilərindən "Qəbələ" iyulun 12-də eyni saatda öz meydanında Lüksemburq "Proqres"ini qəbul edəcək. "Neftçi" isə saat 21:00-da "Dalğa Arena"da Macarıstan "Uypeşt"ini sınağa çəkəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti