"Neftçi": "Uypeşt”lə oyunun biletləri daha 3 məntəqədə satışa çıxarıldı

7 İyul 2018 18:12 Avropa Liqası 576
"Neftçi": "Uypeşt”lə oyunun biletləri daha 3 məntəqədə satışa çıxarıldı

Avropa Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Neftçi” – “Uypeşt” oyununun biletləri daha 3 məntəqədə satışa çıxarılıb.

Sportinfo.az xəbər verir ki, iyulun 12-da “Dalğa Arena”da keçiriləcək oyun saat 21:00-da başlanacaq.

Qiyməti 1, 2, 5 və 20 (VİP yerlər) AZN təşkil edən biletləri “Dalğa Arena” və 8-ci km stadionlarının kassaları ilə yanaşı, “Rahat market”in “Neftçilər”, “Metropark” və “Baku MALL” (Qələbə dairəsi) mağazalarından əldə etmək mümkündü. Kassalar hər gün saat 10:00-dan 22:00-dək işləyir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti