"Neftçi"nin Avroliqa üçün UEFA-ya göndərdiyi iştirak ərizəsində kimlər var?

7 İyul 2018 00:20 Avropa Liqası 729
"Neftçi"nin Avroliqa üçün UEFA-ya göndərdiyi iştirak ərizəsində kimlər var?

"Neftçi”Avropa Liqasının birinci təsnifat mərhələsində qarşılaşacağı Macarıstan "Uypeşt”i ilə keçiriləcək oyunlar üçün iştirak ərizəsini UEFA-ya təqdim edib.

Sportinfo.az-ın klubun saytına istinadən verdiyi məlumata görə, paytaxt təmsilçisinin baş məşqçisi Roberto Bordin siyahıya 26 futbolçu cəlb edib.

Qapıçılar: 1.Səlahət Ağayev, 12.Kamran İbrahimov, 73.Nail Alışov, 94.Rəşad Əzizli.

Müdafiəçilər: 4.Rəşad Eyubov, 5.Anton Krivotsyuk, 6.Qoran Paratski, 15.Ruslan Abışov (K), 18.Tural Axundov, 21.Məhəmməd Mirzəbəyov, 25.Kirilo Petrov, 26.Ömər Buludov, 28.Slavko Braliç, 77.Elvin Sərkərov.

Yarımmüdafiəçilər: 7.Namik Ələskərov, 8.Emin Mahmudov, 17.Rəhman Hacıyev, 37.Vüsal Əsgərov, 51.Elçin Əsədov, 70.Əli Şirinov, 93.Soni Mustivar.

Hücumçular: 9.Baqali Dabo, 10.Dario Frederiko, 11.Kvame Karikari, 22.Mirabdulla Abbasov, 36.Xəlil Bəşirov.

"Uypeşt”lə ilk oyun iyulun 12-də "Dalğa Arena”da, cavab matçı isə iyulun 19-da Budapeştdəki "Ferents Susa” stadionunda baş tutacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti