Avropa Liqasında ilkin mərhələnin cavab oyunları keçirilib.
Sportinfo.az xəbər verir ki, bu mərhələdə baş tutan 7 qarşıdurma nəticəsində “B36 Torshavn”, “Trakai”, “Priştina”, “Qzira Yunayted”, “Tre Fiori”, “Klaksvik” və “Enqordani” klubları Avroliqanın 1-ci təsnifat mərhələsində mübarizə aparmaq hüququ qazanıb.
Sent-Jozef (Cəbəllütariq) - B36 Torshavn (Farer adaları) 1:1, penaltilər 2:4 (1:1)
Trakai (Litva) - Sefn Druids (Uels) 1:0 (1:1)
Priştina (Kosovo) - Avropa (Cəbəllütariq) 5:0 (1:1)
Qzira Yunayted (Malta) - Sent Culia (Andorra) 2:1 (2:0)
Bala Taun (Uels) - Tre Fiori (San Marino) 1:0 (0:3)
Klaksvik (Farer adaları) - Birkirkara (Malta) 2:1 (1:1)
Folqore (San Marino) - Enqordani (Andorra) 1:1 (1:2)

