"Neftçi" özünü ondan gözləsin – Nə təcrübəsi var, nə ad-sanı

5 İyul 2018 10:12 Avropa Liqası 759
"Neftçi" özünü ondan gözləsin – Nə təcrübəsi var, nə ad-sanı

Avropa Liqasının birinci təsnifat mərhələsinin ilk oyunları çərçivəsində keçiriləcək “Neftçi” – “Uypeşt” (Macarıstan) oyununun hakimləri açıqlanıb.

Sportinfo.az xəbər verir ki, matçı Hollandiyadan olan hakimlər idarə edəcək.

Papapetru gənc hakimdi. 33 yaşlı yunanıstanlı 2016-cı ildən FİFA kateqoriyasını daşıyır. İndiyə qədər beynəlxalq arenada 19 oyun idarə edən Papapetru əsasən aşağı yaş qrupu yığmalarının matçlarında ədaləti qoruyub.

Avrokubok təcrübəsi elə də böyük deyil. Cəmi 2 dəfə Avropa Liqası matçında fit çalıb. Belə ki, 2016-17 mövsümündə I mərhələnin “Hubernians” (Malta) – “Spartak” (Slovakiya), ötən il isə II mərhələnin “Makkabi” (Təl-Əviv, İsrail) – “Reykyavik” (İslandiya) qarşılaşmasının baş hakimi olub.

Hələ ki, əsas yığmaların və Çempionlar Liqasının oyunları üçün UEFA-nın etibar etmədiyi Papapetru bəzi qarşılaşmalarda 4-cü hakim funksiyasını yerinə yetirib. O, ilk dəfə Azərbaycan komandasının oyununa təyinat alır

12 iyul

21:00 "Neftçi" - "Uypeşt"

Baş hakim: Dennis Yohan Hiler
Yan xətt hakimləri: Yost van Zuylen, Yohan Balder
Dördüncü hakim: Siemen Mulder (hamısı Hollandiya)
Hakim-inspektor: Stavros Tritsonis (Yunanıstan)
UEFA nümayəndəsi: Ivan Sitoviç (Rusiya)

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti