UEFA nümayəndələri Bakıya niyə tökülüşüb? - FOTOLAR

4 İyul 2018 13:12 Avropa Liqası 662
UEFA nümayəndələri Bakıya niyə tökülüşüb? - FOTOLAR

Avropa Liqasının 2019-cu ildə Bakı Olimpiya Stadionunda keçiriləcək final oyununa hazırlıq prosesi ilə tanış olmaq məqsədilə UEFA-nın Avropa Liqası-2019 layihəsinin nümayəndələri Bakıda səfərdədi.

Sportinfo.az-ın AFFA-nın saytına istinadən verdiyi məlumata görə, Bakı Olimpiya Stadionunda AFFA-nın əməkdaşları, yerli əməliyyat qrupunun üzvləri və UEFA-nın müvafiq layihəsinin nümayəndələri arasında görüş keçirilib.

Final qarşılaşmasına hazırlıq işləri barədə nümayəndələrə ətraflı məlumat verilib və geniş fikir mübadiləsi aparılıb. 18 nəfərdən ibarət nümayəndə heyətinin səfəri iyulun 5-dək davam edəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti