"Qəbələ"nin "Proqres"i moldovalı Banarinin əlindədi - FOTO

4 İyul 2018 09:12 Avropa Liqası 474
"Qəbələ"nin "Proqres"i moldovalı Banarinin əlindədi - FOTO

“Qəbələ” və Lüksemburqun “Proqres” komandaları arasında keçiriləcək Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyununun hakimləri müəyyənləşib.

Sportinfo.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, görüşü Moldovadan olan hakimlər briqadası idarə edəcək:

Baş hakim: Vyaçeslav Banari

Baş hakimin köməkçiləri: Vasili Yermişin, Dimitri Çobanu

Dördüncü hakim: Andrey Kojakaru

Hakim-inspektor: İqor Pristovnik (Xorvatiya)

UEFA nümayəndəsi: Nikoloz Jqarkava (Gürcüstan)

İyulun 12-də Qəbələ şəhər stadionunda keçiriləcək oyun saat 20:00-da başlayacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti