"Keşlə" - "Baltsan" matçının başlama saatı müəyyənləşdi

2 İyul 2018 18:12 Avropa Liqası 498
"Keşlə" - "Baltsan" matçının başlama saatı müəyyənləşdi

"Keşlə" və Maltanın "Baltsan" komandaları arasında keçiriləcək Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyununun başlama saatı müəyyənləşib.

Sportinfo.az-ın UEFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, iyulun 19-da keçiriləcək matç saat 21:00-da başlanacaq.

Görüş "Dalğa Arena"da təşkil olunacaq. İlk qarşılaşma iyulun 12-də Ta Qali şəhərindəki Milli Stadionda olacaq. Bu oyun da Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti