“Neftçi”nin Avropa Liqasının 1-ci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində “Uypeşt”ə (Macarıstan) qarşı keçirəcəyi oyunun vaxtı dəqiqləşib.
Sportinfo.az UEFA-nın saytına istinadən xəbər verir ki, iyulun 19-da Macarıstanda keçiriləcək oyun Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
Budapeştdə keçiriləcək qarşılaşma Ferens Susa stadionunda təşkil olunacaq. “Neftçi”ylə “Uypeşt” arasında ilk oyun iyulun 12-də “Dalğa Arena”da keçiriləcək.

